Press "Enter" to skip to content

Azad edilmiş ərazilərdki layihələrdə Koreya şirkətlərinin iştirakı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son yeniləmə: 24 Noyabr 2021 11:27

Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Parkla görüş keçirib.

Xəbər bayraqdar.info-ya Nazirlikdən daxil olub.

Qeyd edilib ki, görüşdə ölkələr arasında daim inkişaf edən iqtisadi əməkdaşlıq, İKT, kibertəhlükəsizlik və nəqliyyat sektoru barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirakı məsələsi müzakirə olunub.

Xəbərdə o da bildirilir ki, görüşdə Azərbaycanda rəqəmsal transformasiyanın prioritet olduğu qeyd edilərək bu sahədə Koreyanın qabaqcıl təcrübəsi ilə tanışlığın ölkə üçün əhəmiyyət daşıdığı vurğulanıb.

Mission News Theme by Compete Themes.