Press "Enter" to skip to content

“YAŞAT” Fondu tərəfindən daha 6 qazi Türkiyəyə göndərilib

Son yeniləmə: 23 Noyabr 2021 12:33

Bayraqdar.info – Ağır yaralanan daha 6 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 23-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, qazilər – Zöhrablı Təbriz Atamoğlan oğlu, Əliyev Heydər Zakir oğlu, Rəhimov Rəşad Surxay oğlu, Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu və Mabudlu Şaban Baloğlan oğlu artıq qardaş ölkəyə yola salınıb.

Vurğulanıb ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 150 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.