Press "Enter" to skip to content

TürkPA-nın baş katibi Beynəlxalq Türk Akademiyasında

Görüşdən görüntü

Bayraqdar.info – Noyabrın 23-də Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali TürkPA-nın baş katibi Mehmet Süreyya Erlə görüşüb.

Bu haqda xəbəri bayraqdar.info-ya BTA-dan veriblər.

Yüksək səviyyəli qonaq BTA ilə tanış olub, onun yeni binasını gəzib, Türk Muzeyinə baş çəkib.

D.Kıdırali qonağı TürkPA-nın baş katibi təyin edilməsi münasibətilə təbrik edib, ona işində uğurlar diləyib. O, ötən illər ərzində BTA və TürkPA arasında iş birliyinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, iki qurum arasındakı iş birliyinin nəticəsi olaraq türk ölkələrinin qeyri-maddi irsinin qorunmasıyla bağlı model qanun layihəsi hazırlanıb.

Öz növbəsində M.S.Er türk xalqları arasındakı inteqrasiya proseslərində BTA-nın fəaliyyətinin önəmini qeyd edib.

Görüşən tərəflər bundan sonrakı iş birliyi imkanları haqqında da müzakirə aparıblar.

Mission News Theme by Compete Themes.