Son yeniləmə: 23 Noyabr 2021 19:57
Bayraqdar.info – Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.
Bu barədə xəbər bayraqdar.info-ya noyabrın 23-də “Azərişıq”ASC-dən verilib.
Xəbərdə bildirilir ki, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətitirilib və əməliyyat olununb. Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib.
“Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.
“Erməni terroru dinc insanlara qarşı öz çirkin üzünü hər zaman göstərməkdədir. Bununla belə cəsur Azərişıq əməkdaşları müharibənin ilk günündən etibarən heç nədən qorxmayaraq hərbiçilərlə çiyin-çiyinə hər zaman öndə olub. Müharibədən sonra da quruculuq işlərində yenə də böyük şərəf hissi ilə öz fəaliyyətini davam etdirir”, – deyə xəbərdə qeyd edilir.