Press "Enter" to skip to content

INTERPOL yeni prezidentini İstanbulda müəyyən edəcək

Son yeniləmə: 23 Noyabr 2021 00:24

Bayraqdar.info – INTERPOL-un (Beynəlxalq Polis Təşkilatı) 89-cu Baş Assambleyası bu gün İstanbul Haliç Konqres Mərkəzində keçiriləcək. İclasda INTERPOL-un prezidenti, vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvləri seçki yolu ilə müəyyənləşəcək.

Bu barədə yayılan məlumatda deyilir ki, noyabrın 23-25-də keçiriləcək iclasda 155 ölkədən 645 nümayəndə iştirak edəcək.

Noyabrın 25-də INTERPOL-un İcraiyyə Komitəsinin sədri və üzvlüyünə seçkilər keçiriləcək. Haliç Konqres Mərkəzində keçiriləcək İNTERPOL toplantısına üzv ölkələrdən 15 nazir, 9 nazir müavini, 4 müşavir, 17 beynəlxalq təşkilat nümayəndəsi və 51 polis rəisinin qatılacağı vurğulanır.

Mission News Theme by Compete Themes.