Bayraqdar.info – Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqqati İçərişəhərdə qonaq olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən noyabrın 23-də bayraqdar.info-ya bildirilib ki, məşhur fotoqraf İçərişəhərdə həyata keçiriləcək layihələrlə maraqlanıb.
Reza Deqqati erməni vandallarının 30 il müddətində işğal altında saxladıqları Qarabağda misligörünməmiş talançılıqla məşğul olaraq, vəhşicəsinə dağıtdıqları maddi-mədəni, dini abidələrimizin fotolarını çəkərək dünyada tanıdılması və təbliğində misilsiz rol oynayıb.