Son yeniləmə: 23 Noyabr 2021 13:23
Bayraqdar.info – Noyabrın 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi su səthində bir ədəd şübhəli bağlama aşkarlayıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Xəbər noyabrın 23-də bayraqdar.info-ya DSX-nın Mətbuat Mərkəzindən verilib.