Bayraqdar.info – Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub. Bu şəxslər balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə qalıblar.
Bu barədə məlumat bayraqdar.info-ya noyabrın 23-də DSX-nın Mətbuat Mərkəzindən daxil olub.
Dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib. Qayığın koordinatları müəyyənləşdirilərək əraziyə göndərilib. Sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydinə başlanılıb. Sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılıblar.