Press "Enter" to skip to content

“Bir nəfəs qədər”

"Bir nəfəs qədər"

Son yeniləmə: 23 Noyabr 2021 21:38

Bayraqdar.info – 10 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarına və Zəfərin əsas simasına çevrilən analara həsr olunan “Bir nəfəs qədər” (Samir Qulamov) tamaşasının premyerası olacaq.

Xəbər noyabrın 23-də bayraqdar.info-ya Teatrın Mətbuat xidmətindən göndərilib.

Xəbərdə deyilir ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu rejissoru (pyesin müəllifi) Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

“Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.

“Qeyd edək ki, “Bir nəfəs qədər” tamaşası 12 dekabr saat 13:00 və 19:00-da bir daha oynanılacaq.

“Səhnə əsərinə biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.