Press "Enter" to skip to content

Azərbaycanlı tələbə və doktorantlar Ankaradakı Azərbaycan Evində

Son yeniləmə: 23 Noyabr 2021 11:55

Bayraqdar.info – Türkiyənin müxtəlif ali təhsil ocaqlarında bakalavr, magistr və doktorantura təhsili alan azərbaycanlı gənclər Ankaradakı Azərbaycan Evində olublar. Azərbaycan Evi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) nəzdində fəaliyyət göstərə

Bu barədə bayraqdar.info – ya noyabrın 23-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə TADİV sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdü ilə təhsil alan gənclərə Ankarada fəaliyyət göstərən Azərbaycan Evi barədə geniş məlumat verib. O, bildirib ki, burada Şuşa konfrans mərkəzi, Qarabağ oxu zalı təşkil edilib. Qarabağ oxu zalının içində isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və “Qarabağ Zəfəri” guşəsi yaradılıb.

Professor Aygün Attar TADİV-in 1997-ci ildə türk dünyasının görkəmli elm adamı, ictimai xadim, xalqımızın yaxın dostu İhsan Doğramacı tərəfindən yaradıldığını, fəaliyyətini 2019-cu ildən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə davam etdirdiyini bildirib.

Tələbələri Azərbaycan Evində görməkdən məmnunluğunu dilə gətirən Aygün Attar gənclərin Türkiyə ilə Azərbaycan arasında çoxşaxəli münasibətlərin inkişafındakı roluna və Qarabağ Zəfərindəki payına xüsusilə diqqət çəkib.

Görüşdə həmçinin Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı müddəaların gənclərin qarşısında yeni vəzifələr qoyduğu bildirilib. Həmçinin gənclərin iki ölkə diasporunun gələcək əməkdaşlığına töhfəsindən söz açılıb, müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Mission News Theme by Compete Themes.