Press "Enter" to skip to content

AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək

Avropa Şurası Parlament Assambleyası

Son yeniləmə: 23 Noyabr 2021 14:53

Bayraqdar.info – Noyabrın 25-də və 26-da İtaliyanın Roma şəhərində AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək.

Bu barədə noyabrın 23-də bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

“Daimi Komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, miqrantların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini məsələləri müzakirə ediləcək. Həmçinin, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda da fikir mübadiləsi aparılacaq.

Mission News Theme by Compete Themes.