Son yeniləmə: 22 Noyabr 2021 14:12
Bayraqdar.info – IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Marafon” kampaniyasının növbəti genişmiqyaslı ağacəkmə aksiyaları Bakının Xocasən və Müşfiqabad qəsəbələrində və bütün bölgələrdə keçirilib.
Xəbər bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib.
“Marafona Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllüləri və tələbələr qoşulub. Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2 mindən çox müxtəlif cinsli ağac əkilib.
“ETSN bu ilki payız ağacəkmə aksiyalarına da böyük ruh yüksəkliyi ilə qoşularaq dəstək olan media və ictimaiyyət nümayəndələrinə və bütün tərəfdaşlarına təşəkkür bildirib”, – deyə xəbərdə bildirilir.