Son yeniləmə: 22 Noyabr 2021 09:57
Bayraqdar.info – “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Çağırış Kubokunun Gəncə seçim turu keçirilib. İntellektual oyun Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilaçılığı ilə keçirilir.
“Xəzər İntellektual Gənclər Klubu”ndan bayraqdar.info-ya verilən məlumata görə, 50-yə yaxın gəncin iştirak etdiyi oyunda gərgin mübarizə sonana qədər davam edib. Seçim turunda Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Regional Kollecin tələbələrindən ibarət komandalar yarışıb.
Bildirilib ki, yekunda Azərbaycan Texnologiya Universitetinin “Dəmir yumruq” komandası seçim turunun qalibi olub: “XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellectual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Layihənin seçim turlarının bu ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq”.
Qeydiyyat və iştirakla bağlı bütün suallara cavabı klubun social şəbəkə ünvanından
https://www.facebook.com/Xazarigk
əldə etmək olar.