Press "Enter" to skip to content

TÜRKSOY “Nizami Gəncəvi” medalını təqdim etdi

TÜRKSOY-dan "Nizami Gəncəvi medalı"

Son yeniləmə: 22 Noyabr 2021 17:48

Bayraqdar.info – Beynəlxalq Muğam Mərkəzində TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) və Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə xəbər bayraqdar.info-ya noyabrın 22-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından verilib.

Xəbərdə bildirilir ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi), Milli Kitabxananın nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazasının təqdimatı keçirilib.

Təqdimat mərasimi 15-25 noyabr 2021-ci il tarixlərində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində baş tutub.

İştirakçılar Muğam Mərkəzinin foyesində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərgi və adıçəkilən kitablarla tanış olublar.

“Mədəniyyət naziri Anar Kərimov kitabların nəşrinə görə Milli Kitabxanaya və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına öz təşəkkürünü bildirib.

“Sonra Nazir N.Gəncəviyə aid ilk ölkə xaricində tədbirin Türkiyənin Ankara və İstanbul şəhərlərində TÜRKSOY-un iştirakı ilə keçirilməsindən sevindiyini dilə gətirib. Həmin tədbir zamanı N.Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

“TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov N. Gəncəvinin 880 illik yubileyinə həsr olunan bu təqdimat mərasimində iştirakından məmnunluğunu ifadə edib. O, bu yaxınlarda Türkiyənin Edirnə, Bursa, Tekirdağ şəhərlərində Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirildiyini qeyd edib. “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitabından danışan baş katib bu kitabda türk dünyasının rəssamlarının qələmə aldığı fotoların, sənət əsərlərinin əks olunduğunu bildirib.

TÜRKSOY-dan “Nizami Gəncəvi” medalı

“Tədbirdə Kitabxanasının direktoru, professor Kərim Tahirov ölkə başçısı İlham Əliyevə bu yaxınlarda onun II dərəcəli Əmək ordeni ilə təltif olunması ilə bağlı öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu orden təkcə ona deyil, ümumilikdə Milli Kitabxana kollektivinə, bütün kitabxana ictimaiyyətinə, eləcə də mədəniyyətimizə verilən dəyərin göstəricisidir.

“Həmçinin o bildirib ki, Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından” bu günə kimi 78 biblioqrafik göstərici hazırlayıb. Bu biblioqrafiyalar elmin, mədəniyyətin, incəsənətin inkişafına xidmət edir.

“Tədbirin davamında Düsen bəy Mədəniyyət naziri Anar Kərimova, akademik İsa Həbibbəyliyə, akademik Teymur Kərimliyə və professor Kərim Tahirova TÜRKSOY tərəfindən hazırlanan “Nizami Gəncəvi” medalını təqdim edib”, – deyə xəbərdə qeyd edilib.

TÜRKSOY-dan “Nizami Gəncəvi” medalı

Daha sonra Milli Kitabxananın “Kitabxana-informasiya xidməti və Beynəlxalq əlaqələr üzrə” direktor müavini Ədibə İsmayılova kitabxananın hazırladığı “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda Elektron məlumat bazasını iştirakçılara təqdim edib.

Tədbir Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət musiqili kompozisiya ilə davam edib.

Mission News Theme by Compete Themes.