Son yeniləmə: 22 Noyabr 2021 14:12
Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev noyabrın 26-da saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Xəbər bayraqdar.info-ya noyabrın 22-də Təhsil Nazirliyindən daxil olub.
“Qeyd olunan rayonların sakinləri 16-24 noyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciətlə videoqəbula yazıla bilərlər”, – deyə xəbərdə qeyd edilir.