Press "Enter" to skip to content

Qadın şahmatçılardan bürünc medal

Qadın şahmatçılardan bürünc medal

Bayraqdar.info – Azərbaycanın qadınlardan ibarət şahmat komandası Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, doqquzuncu turda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva rəqibləri üzərində qələbə qazanıblar, Gülnar Məmmədova isə uduzub. Komanda son turda qazandığı qələbə ilə xalların sayını 12-ə çatdıraraq üçüncü yeri tutub. Avropa çempionatının qalibi adını 18 xalla Rusiya komandası qazanıb. Gürcüstan isə 15 xalla ikinci pillədə qərarlaşıb.

“Qeyd edək ki, bu, qadın şahmatçıların qitə çempionatında qazandığı üçüncü bürünc medaldır. Belə ki, qadın şahmatçılardan ibarət komanda 1992-ci ildə ilk dəfə qatıldıqları yarışı bürünc medalla başa vurub. İkinci medala isə komanda ötən Avropa çempionatında – Batumidə keçirilmiş yarışda sahib olub.

“Son tura qədər liderlər qrupunda mübarizə aparan və çempionluğa iddialı olan kişilərdən ibarət komanda isə doqquzuncu turda Fransa yığmasına məğlub olub. Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasovun qarşılaşmaları heç-heçə ilə başa çatıb, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub. Beləliklə, komandamız 12 xalla 5-ci yerdə qərarlaşıb.

“Kişilərdən ibarət komandalar arasında 14 xal toplayan Ukrayna komandası Avropa çempionatının qızıl medalını qazanıb. Onunla eyni xalı yığan Fransa yığması isə üçüncü pillədə qərarlaşıb.

“Xatırladaq ki, kişilərdən ibarət komanda analoji yarışlarda ümumilikdə, 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Qitə çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.