Bayraqdar.info – İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə bu ilin yaz aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 10-14 yaşlı qızların ərə verilməsində 32 faizlik artım müşahidə olurub. Bu müddət ərzində 10-14 yaşlarında 9 min 753 qız zorla evləndirilib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, bu rəqəm 10-14 yaşlı qızların ərə verilməsi ilə bağlı son iki ildə İranda qeydə alınan ən böyük statistikadır.
İranın Statistika (Amar) Mərkəzinin məlumatına görə, 2021-ci ilin yazında 15-19 yaşlarında 45 min 522 qız da evləndirilib ki, bu da son iki ildə qeyd edilən yaşlarda nikah rekordunun qırıldığını göstərir.
15 yaşından kiçik altı oğlan və 15-19 yaş arası 6 min 573 oğlanın nikahı da 2021-ci ilin yaz aylarında qeydə alınıb.
Qeyd edək ki, İran Statistika Mərkəzinin hesabatında açıqlanan rəqəmlərə yalnız rəsmi qeydiyyatdan keçmiş nikahların statistikası daxildir.
Xatırladaq ki, İran qızların zorla erkən yaşda evləndirilməsinə görə dnyada ön sıralarda gedən ölkələrdən biridir.