Press "Enter" to skip to content

Fuat Oktaydan Yunanıstana sərt reaksiya

Son yeniləmə: 22 Noyabr 2021 10:01

Bayraqdar.info – “Egeydə insanlıq bir daha tapdalandı”. Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Yunanıstana etiraz olaraq bildirib.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edilib ki, F.Oktay Yunanıstan sahil mühafizəsinin qeyri-qanuni mühacirləri daşıyan gəmini Türkiyə ərazi sularına itələməsi və mühacirlərə qarşı pis rəftar etməsini sərt şəkildə qınayıb.

F.Oktay sosial media hesabında Yunanıstan sahil mühafizəsi ünsürlərinin qeyri-qanuni mühacirlərin  olduğu qayığı Türkiyənin ərazi sularına itələməsi, qayıq ətrafında qarışıqlıq yaradaraq, atəş açması ilə bağlı video da paylaşıb.

Avropa Komissiyasının miqrasiya və təhlükəsizlik üzrə vitse-prezidenti Margaritis Şchinas ilə keçirdiyi görüşdə Yunanıstanın son addımlarının qəbuledilməz olduğu, Frontex ilə Yunanıstan səlahiyyətlilərinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi gözləntilərini çatdırdığını xatırladan F.Oktay, “Egeydə insanlıq bir daha tapdalandı! Yaziqlar olsun!” , – deyə yazıb.

 

Mission News Theme by Compete Themes.