Press "Enter" to skip to content

Fars-molla rejimindən daha bir Güneyliyə uzun müddətli həbs

Pərviz Siyabi

Bayraqdar.info – İrandakı fars-molla rejiminin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1 saylı şöbəsi Güney Azərbaycanlı hüquqşünas və fəal Pərviz Siyabi Gürcanı 16 il həbs cəzasına məhkum edib.

Ərdəbil İnqilab Məhkəməsi hüquqşünasa qarşı bir neçə ağır ittiham irəli sürərək onun uzunmüddətli həbsinə qərar verib.

“Azad İran” Telegram kanalının xəbərinə görə, İran məhkəməsi azərbaycanlı fəalı müxtəlif saxta ittihamlarla “hakimiyyətə qarşı media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, mediada rejimin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İranın müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edib.

Rejimin məhkəməsi habelə azərbaycanlı milli fəala qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da da günahlandırıb.

İranın Təhlükəsizlik və Kəşfiyyat İdarəsi – ETTELAAT-ın Ərdəbil şöbəsinin hesabatına istinadən verilən məhkəmə qərarında Pərviz Siyabinin kiberməkanda və Telegram qruplarında fəaliyyəti, audio fayllar yayması, 2021-ci il, 24 iyul tarixində Təbrizdə keçirilən etiraz aksiyalarına dəstək verməsi cinayət hesab olunub.

Məhkəmənin qərarında yazılıb: Pərviz Siyabi Gürcan Abbas Lisaninin başçılıq etdiyi qeyri-qanuni “Güney Azərbaycan” qrupunun üzvü olmaqda ittiham edilir.

Mission News Theme by Compete Themes.