Press "Enter" to skip to content

Türkiyədən və türk əsgərindən imtina etmək olmaz!

Ersin Tatar

Son yeniləmə: 22 Noyabr 2021 09:22

Bayraqdar.info – “Türkiyənin qarant dövlət statusundan və türk əsgərindən imtina etmək olmaz!”

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, bunu verdiyi yazılı açıqlamada Cümhurbaşqanı Ersin Tatar bildirib. O, Türkiyəni barışmazlıqda ittiham edən Kıbrıs rum tərəfinin prezidenti Nikos Anastasiadesə sərt cavab verib.

Açıqlamasında ötən müddətdə Kıbrısda türklərə qarşı həyata keçirilən qətliamlar barədə də fikir bildirən E.Tatar vurğulayıb: “Kıbrıs Cümhuriyyətinin qurulmasını Enosis üçün bir tramplin kimi görən Yunan-rum ikilisi, Cümhuriyyətin ilk günlərindən zəmanət müqaviləsini dəyişdirmək və Enosis-ə qarşı təhdid olaraq gördükləri Türkiyənin qarant dövlət statusunu aradan qaldırmaq üçün hərəkətə keçdi, bu istiqamətdə cəhdlər etdi. Bu təşəbbüslər gündəmə gələndə Ana Vətən Türkiyə və Kıbrıs türk xalqı buna qarşı çıxdı, Türkiyənin bu statusunun götürülə bilməyəcəyi bildirildi”.

Qeyd edilib ki, o vaxtdan rum tərəfi Türkiyənin qarant dövlət statusunun ləğvini və türk əsgərlərinin Kıbrısdan çıxarılmasını tələb edir: “Bu gerçəkləşməsi mümkün olmayan bir xəyaldır. Ana Vətən Türkiyə və bütün Kıbrıs türk xalqı buna qarşıdır. Bunun son nümunəsini Crans Montanada gördük. Crans Montanada “sıfır əsgər, sıfır zəmanət” deyən Kıbrıs Rum Administrasiyasının prezidenti Anastasiadesə lazımi cavab verildi”.

“Xalqımız keçmişdə baş verənləri çox yaxşı bilir və xatırlayır. Enosis hədəfli qanlı Milad hücumlarında türk təyyarələri Lefkoşa üzərində uçmasaydı, Kıbrıs türk xalqı məhv ediləcəkdi. Türk təyyarələri Erenköy müqavimətinə müdaxilə etməsəydi, mücahidlərimiz və bölgə xalqı dənizə töküləcəkdi. Ana vətən Türkiyənin müdaxiləsi olmasaydı, Geçitkale-Boğaziçi bölgəsində başlayan qırğın bütün adaya yayılacaqdı. Ana Vətən Türkiyə yunan xuntası ile EOKA-cıların gerçəkləştirdiyi 15 iyul 1974-cü il dövlət çevrilişinə qarşı 20 iyul 1974-cü il Barış Hərəkatını həyata keçirməsəydi, bu gün Kıbrısda bir türk belə qalmazdı. Əgər biz öz vətənimizdə, öz dövlətimizin damı altında azad və suveren yaşayırıqsa, buna görə Ana Vətən Türkiyəyə borcluyuq” , – deyə, sonda bildirilib.

Mission News Theme by Compete Themes.