Press "Enter" to skip to content

Düsen Kaseinov “Nizami xatirə nişanı”nı Ceyhun Bayramova təqdim edib

Bayraqdar.info – Noyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya noytabrın 22-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd edilib ki, tərəflər, Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

Baş katib Düsen Kaseinov Azərbaycanda “Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. O, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam ediləcəyini söyləyib.

Baş katib D.Kaseinov TÜRSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və “Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib.

Mission News Theme by Compete Themes.