Press "Enter" to skip to content

Brüsseldə ənənəvi türk oxçuluğu tanıdılıb

Son yeniləmə: 22 Noyabr 2021 10:03

Bayraqdar.info – Yunus Əmrə İnstitutu (YEE) və Oxçular Vəqfi Brüsseldə ənənəvi türk oxçuluğunu tanıdıb.
Tanıtma iki təşkilat tərəfindən həyata keçirilən Kemankeş layihəsi çərçivəsində reallaşıb.

Anadolu Agentliyinin bununla bağlı məlumatında qeyd edilir ki, Budapeşt Yunus Əmrə İnstitutunda türkcə öyrənən macar əsilli Viktoria Angel iştirakçılara ənənəvi və müasir türk oxçuluğunu təqdim edib və təlimlər keçib.

V.Angel, “Kemankeş layihəsi üçün 3 il əvvəl ənənəvi türk oxçuluğunu öyrəndim. Macarıstanda ənənəvi oxçuluk dərsləri verirəm” deyib.

O da vurğulanır ki, türk tarixində və mədəniyyətində ox atmanın yeri haqqında məlumatın verildiyi tədbir hər yaşdan olan iştirakçıların marağına səbəb olub.

İştirakçıların əksəriyyətinin ilk dəfə ox atma təcrübəsi keçirdikləri tədbirin sonunda yarışda uğur qazananlara yay və ox dəstləri təqdim olunub.

Mission News Theme by Compete Themes.