Press "Enter" to skip to content

12 rayonda güzəştli səyyar gübrə satışı keçiriləcək

Səyyar gübrə satışı

Bayraqdar.info – Cari həftə ərzində “Aqrolizinq” ASC tərəfindən mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı 12 rayon üzrə 14 kənddə həyata keçiriləcək. 26-29 noyabr tarixində baş tutacaq səyyar satış Şəmkir, Ağstafa, Tovuz, Qazax, Samux, Saatlı, Füzuli, Neftçala, Salyan, Şabran, Quba və Qusar rayonlarını əhatə edəcək.

Bu barədə məlumat bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Məlumatda deyilir ki, səyyar satışlar noyabrın 26-da Şəmkirin Düyərli, Saatlının Varxankənd və Şabranın Sincanboyad kəndlərində, noyabrın 27-də Ağstafanın Aşağı Göyçəli, Füzulinin Qayıdış və Şabranın Pirhəsən kəndlərində keçiriləcək. Noyabrın 28-də Tovuzun Əsirlik, Neftçalanın Xolqarabucaq və Qubanın Hacıhüseynli kəndlərində, noyabrın 29-da Qazaxın Daş Salahlı, Salyanın Noxudlu və Qubanın Birinci Nügədi kəndlərində, noyabrın 30-da isə Samuxun Lək və Qusarın Urva kəndlərində baş tutacaq.

Həmçinin, ətraf kəndlərin sakinləri tələb olunan sənədləri – torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrələrinə müraciət etmək lazımdır.

Nazirlik qeyd edir ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mission News Theme by Compete Themes.