Press "Enter" to skip to content

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni videoçarxı

Bayraqdar.info – Milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır.

Bu barədə bayraqdar.info-ya noyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən hazırlanaraq təqdim edilən yeni videoçarx bu aktual mövzuya həsr edilib. Videoçarx gender əsaslı ayrı-seçkiliyin iş həyatında da peşəkar yanaşma və müəssisə üçün səmərəli olmadığı mesajını çatdırır.

 

Mission News Theme by Compete Themes.