Press "Enter" to skip to content

ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırır

ABŞ-ın İrəvandakı səfirliyi

Bayraqdar.info – Noyabrın 20-də ABŞ-ın İrəvandakı səfirliyi həyəcan siqnalı çalaraq vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə və Qarabağ münaqişəsinin təsir bölgəsinə getməməyə çağırıb.

Səfirliyin bununla bağlı noyabrın 20-də yaydığı çağırışda deyilir ki, Azərbaycan miqrasiya və gömrük qurumlarının yoxlama məntəqələrini gücləndirməsinə görə ABŞ vətəndaşlarının gərəksiz yerə Qarahunc və Davit Bek, həmçinin Qafan və Çakaten arasındakı yerlərə getməsi yasaqlanır.

Səfirlik eyni zamanda onu da bildirib ki, ABŞ vətəndaşları iki ölkə arasındakı bütün beynəlxalq sərhədlərə yaxın ərazilərdə diqqətli olmalı, Qarabağ münaqişəsinin təsir etdiyi, həmçinin təmas xəttinə yaxın olan yerlərə getməkdən çəkinməlidirlər.

“ABŞ səfirliyi təhlükəsizlik durumunu nəzarətdə saxlamağa və gərək olduqda əlavə bilgi verməyə davam edəcək”, – deyə çağırışda bildirilir.

Mission News Theme by Compete Themes.