Son yeniləmə: 20 Noyabr 2021 20:32
Bayraqdar.info – Noyabrın 19-u saat 15 radələrində Zəngilan rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri ilə bağlı Qubadlı Rayon Prokurorluğuna məlumat daxil olub. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəbəri noyabrın 20-də Baş Prokurorluq yayıb.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – deyə xəbərdə qeyd edilir.