Press "Enter" to skip to content

“Qaliblər barış əlini uzadır”

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “La Otra Cara” portalında “Qaliblər barış əlini uzadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxondur.

Bu barədə bayraqdar.info-ya noyabrın 20-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, məqalədə ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsi, azad olunmuş ərazilərimizdəki erməni vandalizmi və burada Azərbaycan tərəfindən görülən işlər, eləcə də bölgənin gələcəyinə dair ölkəmizin vizyonu barədə fikirlər öz əksini tapıb.

Məqalədə ilk olaraq, Azərbaycanın ötən il 44 gün davam edən müharibə nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanılan torpaqlarını azad etməyə nail olduğu barədə məlumat verilir.
Müəllif bölgəyə səfəri zamanı şahid olduğu mənzərələrə də istinad edərək işğal müddətində Azərbaycan ərazilərində Ermənistan tərəfindəngenişmiqyaslı dağıntılar törədiliyi və burada kütləvi minalama aparıldığını bildirir.

Yazıda, həmçinin Şuşa şəhərinin ölkəmizin tarixi və mədəniyyətindəki müstəsna önəmi və şəhər işğaldan azad olunarkən Azərbaycan silahlı qüvvələrinin nümayiş etdirdiyi milisiz rəşadət haqda danışılır. Burada bitən xarı bülbül gülünün Azərbaycanın qələbə simvoluna çevrildiyi qeyd olunur və ölkəmiz tərəfindən aparılan intensiv yenidənqurma işləri sayəsində işğaldan azad olunmuş digər Azərbaycan əraziləri kimi Şuşanın da sürətlə dirçəlməkdə olduğu söylənilir.

Sonda Azərbaycanın bölgədə davamlı sülh və əməkdaşlıq mühiti arzuladığı, bunun üçün Ermənistanı qonşularına münasibətdə ərazi iddialarını kənara qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bölgədə sabitlik və inkişaf naminə birlikdə çalışmağa dəvət etdiyiqeyd olunur.

Triunfantes extienden manos a la paz

Mission News Theme by Compete Themes.