Press "Enter" to skip to content

Prokurorluqdan mülki şəxsin minaya düşməsi ilə bağlı araşdırma

Baş Prokurorluq

Son yeniləmə: 20 Noyabr 2021 19:15

Bayraqdar.info – “Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayev Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşüb. Bu barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Aparılmış araşdırmalarla Ş.Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.”

Məlumatı noyabrın 20-sə Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Mission News Theme by Compete Themes.