Bayraqdar.info – Göyçay Peşə Hazırlığı Mərkəzində görüş keçirilib. Görüş regionda fəaliyyət göstərən sosial tərəfdaşların və peşə hazırlığını həyata keçirən müəssisələrin nümayəndələrinin iştirakı ilə baş tutub. Görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Bu barədə bayraqdar.info-ya Dövlət Məşğulluq Agentliyindən bildirilib.
Qeyd edilib ki, görüşdə işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasında sosial tərəfdaşlarla əməkdaşlığın qurulmasının agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu vurğulanıb: “Mərkəz tərəfindən təşkil olunan peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb”.
Görüşdə həmçinin sosial tərəfdaşlar öz fəaliyyət istiqamətləri haqqında geniş məlumat veriblər. Eyni zmanda mərkəzlə peşə hazırlığı kurslarının təşkili istiqamətində əməkdaşlığın qurulması üçün görüləcək işlər barədə müzakirələr aparılıb.