Press "Enter" to skip to content

Gənclərdən kənd təsərrüfatına böyük maraq

Gənclərdən kənd təsərrüfatına böyük maraq

Son yeniləmə: 20 Noyabr 2021 22:12

Bayraqdar.info – Noyabrın 19-da Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində panel görüş keçirilib. Görüş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə baş tutub.

Xəbər bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AKİA-nın təşəbbüsü ilə bir neçə ay əvvəl başlamış layihəyə regionlarda çox böyük maraq göstərildiyini, yüzlərlə gəncin kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğunu bildirib. Nazir müavini gənclərin uğurlu biznes yaratması işinə hər cür dəstək göstəriləcəyini söyləyib.

“Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AMAL layihəsinin gənclərin məşğulluq problemlərinin həllində əhəmiyyət kəsb etdiyini deyib və layihə çərçivəsində öz bizneslərini quran gənc “AMAL”çılara uğurlar arzulayıb.

“MM-in deputatı Müşfiq Cəfərov AMAL layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirib və bu istiqamətdə həyata keçirilən bütün ideyalara dəstək olmağın zəruriliyini vurğulayıb.

“Gənclər və idman nazirinin müavini İntiqam Babayev kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu və gənclər arasında bu sahəyə olan marağın günü-gündən artdığını deyib. O, həyata keçirilən layihənin kənd yerlərində gənclər arasında işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacağını qeyd edib.

“Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA sədri Seymur Mövlayev bildirib ki, layihə ölkədə yeni nəsil fermerlərin formalaşmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqətin artırılmasında önəmli töhfələr verir.

“Görüşdə AMAl layihəsindən yararlanaraq kənd təsərrüfatı sahəsində uğurlu biznes qurmuş fermerlər öz təcrübələrini bölüşüb, gənclərə müvafiq tövsiyələr veriblər”, – deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.