Press "Enter" to skip to content

Emin Həsənli: Vətənin müdafiəsinə qalxmış insanlara daim diqqət və qayğı göstərilir

Emin Həsənli

Son yeniləmə: 20 Noyabr 2021 14:16

Bayraqdar.info – “Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətdən hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə pay düşür. Ümumiyyətlə, Azərbaycanda Vətənin müdafiəsinə qalxmış insanlara daim diqqət və qayğı göstərilir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Emin Həsənli xatırladıb ki, bu katiqoriyadan olan insanların sosial problemlərinin həlli üçün davamlı addımlar atılır. Eyni zamanda şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir: “İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil verilib. Bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə bu kateqoriyadan olan ailələrə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib”.

Qeyd edilib ki, şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən mənzillərin sayı 2200-ə çatıb. Müqayisə üçün deyək ki, bu il verilən məzillərin sayı 2018-ci ilə müqayisədə 5 dəfə çoxdur”.

“Qarabağ müharibəsi iştirakçıları ilə yanaşı 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir” , – deyə, E.Həsənli vurğulayıb.

Müsahibimiz açıqlamasında onu da qeyd edib ki, son illər əlilliyin qiymətləndirilməsi məsələsində şəffaflıq təmin olunur: “Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaşın ekspertlərlə təması olmadan həyata keçirilir. Bu zaman göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmir. Həkim ekspertlər ancaq sənədlər əsasında qərarlar qəbul edilir ki, bu da neqativ halların qarşısının alınmasında mühüm rol oynayır”.

Mission News Theme by Compete Themes.