Press "Enter" to skip to content

10 minlərlə insanı aldadan “OCOS”çular ifşa olundu – VİDEO

Daxili İşlər Nazirliyi

Son yeniləmə: 20 Noyabr 2021 23:36

Bayraqdar.info – Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən mütəşəkkil dəstə ifşa edilib. Onlar vətəndaşların külli miqdarda pulunu ələ keçiriblər.

DİN-dən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, belə ki, DİN MCQMİ-yə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə məlumatlar daxil olub. MCQMİ-nin əməkdaşları Beynəlxalq Bankın əməkdaşları ilə birlikdə araşdırma apararkən məlum olub ki, Bakı şəhər sakinləri Gülarə Abdullayeva, Xəyal Yəhyayev və digərləri ölkə daxilində İn Succes adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar.

“Daha sonra onlar beynəlxalq “OCOS” dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsilə piar kampaniyası apararaq geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini bildiriblər. Şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pullarını aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə onlar qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb ediblər. Onlara fakitiki mövcud olmayan uydurulmuş kriptovalyuta satıblar.

“Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək 10 minə yaxın vətəndaşı aldatdıqları məlum olub. Onlardan külli miqdarda vəsait ələ keçiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilib”, – deyə məlumatda qeyd edilir.

“X.Yəhyayev istintaqa bildirib: “Bizə müraciət edən vətəndaşlardan 3-5-10 min pul alıb birjada olmayan “OCOS” coinə-ə verirdik və pulun artacağını vəd edirdik. Bizim istifadə etdiyimiz “OCOS” coin dünya birjasında yoxdur və heç bir qazanc da gətirmir.”

“DİN qeyd edir ki, X.Yəhyayev əvvəllər də sosial şəbəkələrdə maliyyə şəbəkəsi yaradaraq dələduzluqla məşğul olduğu üçün DİN MCQMİ tərəfindən 2019-cu ildə saxlanılıb.
X.Yəhyayev vətəndaşları aldadıb pul aldığına görə peşiman olduğunu dilə gətirib.

“MCQMİ-də hət iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində istintaq – əməliyyat tədbirləri davam etdirilir. DİN bəyan edir ki, ölkə ərazisində “OCOS” maliyyə fırıldağının fəaliyyətindən zərər çəkən başqa vətəndaşlar varsa, DİN-in 102 zəng mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, – deyə DİN-in məlumatında vurğulanır.

Mission News Theme by Compete Themes.