Bayraqdar.info – Noyabrın 19-da VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.
Məlumat noyabrın 19-da bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov əvvəlcə qazanılan Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Xəbərdə qeyd edilir ki, təhsil naziri Emin Əmrullayev “Zəfər tarixi” dərsliyindən söz açaraq bildirib ki, bu dərsdənkənar məşğələlər Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq. Sonda müsabiqə qaliblərini təbrik edən təhsil naziri təşkilatçılara öz təşəkkürünü ifadə edib və qalibləri təbrik edib.
Tədbirdə H.Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov da iştirak edib. Sonda müsabiqənin nəticələrinə əsasən I, II və III yerə layiq görülmüş şagirdlərə hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.