Press "Enter" to skip to content

Türkiyə xarici işlər naziri Gagauziya başqanı ilə görüşüb

İrina Vlah və Mevlüt Çavuşoğlu

Bayraqdar.info – Moldovada rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Gagauziya başqanı İrina Vlah arasında görüş olub.

Bu haqda xəbəri noyabrın 18-də İ.Vlah öz sosial media hesabında paylaşıb.

Tərəflər Türkiyənin dəstəyi ilə Gagauziyada gerçəkləşdirilən layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Komratda UEFA standartlarına uyğun olan və 5 min tamaşaçı tutumuna malik idman kompleksinin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda sənaye kollecinin tikintisi də başlayıb. Vulkaneşt şəhərində isə sakinlərin içməli su ilə təminatı istiqamətində işlər görülür.

Gagauziya başqanı M.Çavuşoğluya ölkəsinin ümumilikdə Moldovaya göstərdiyi koronavirus əleyhinə peyvənd yardımına görə təşəkkür edib.

“Biz bu əliaçıqlığa görə Türkiyəyə minnətdarıq. Əlavə olaraq bizə isti münasibətinə görə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana təşəkkür edirik. Türkiyənin dəstəyi ilə gerçəkləşdirilən layihələr gənclərin ölkəni tərk etməsi və doğum sayının azalması kimi ciddi sosial problemlərin həllinə yönəlikdir”, – deyə İ.Vlah bildirib.

M.Çavuşoğlu da bu görüşlə bağlı sosial media hesabında paylaşım edib.

Mission News Theme by Compete Themes.