Press "Enter" to skip to content

Niderlanddakı diasporumuz “De Volkstrant” qəzetinə etiraz

Bayraqdar.info – Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli “De Volkstrant” qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.

Bu barədə bayraqdar.info-ya noyabrın 19-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva qəzetin rəhbərliyinə məktub ünvanlayıb: “Məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədədürüst məlumatların dərc olunmasını vacib hesab edirlər. Münaqişələrin həssas mövzu olduğunu və onlara fərqli maraqlar baxımından yanaşıldığını xatırladan birliksədri vurğulayıb ki, belə xəbərlər dürüst və qərəzsiz şəkildə təqdim edilməlidir. “Faktla uydurmanın bir-birinə qarışdığı dövrdə “De Volkskrant” kimi media quruluşu obyektivliyə haqq qazandırmalıdır”, – deyə məktubda bildirilib”.

Məlktubda o da nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı “On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu”iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır: “Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada “on minlərlə erməninin qətli”ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb.Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhalivar idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi “qətlə yetirililib”. Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.

Mission News Theme by Compete Themes.