Press "Enter" to skip to content

Müharibə əlillərinin protezlərlə təminatı işləri aparılır

Son yeniləmə: 19 Noyabr 2021 12:49

Bayraqdar.info – Ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində işlər uğurla davam edir. Belə ki, 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

O da bildirilib ki, ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub: “Son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib”.

Həmçinin vurğulanır ki, müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır: “Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib”.

Mission News Theme by Compete Themes.