Son yeniləmə: 19 Noyabr 2021 01:12
Bayraqdar.info – Gələn il növbədənkənar parlament seçkilərinin keçiriləcəyi Kuzey Kıbrıs Tütk Cümhuriyyətində bir ilk yaşanıb. Belə ki, noyabrın 18-də keçirilən təsis qurultayında Rüyam Karaca Millət Partiyasının Genel başqanı seçilib. Bu barədə KKTC mediası məlumat yayıb.
Beləliklə, Rüyam Karaca KKTC tarixinə ilk qadın partiya sədri kimi düşüb. Buna qədər Millət Partiyasının Qadın qolları başqanı olan R.Karacanın sədrliyə namizədliyi partiyanın qurucusu Bertan Zaroğlu tərəfindən irəli sürülüb.
Xatırladaq ki, partiyanın qurucusu Bertan Zaroğlu Yenidən Doğuş Partiyasının qurucularından biri olub. Son parlament seçkilərindən YDP-dən Lefkoşa millət vəkili seçilən Bertan Zaroğlu 6 iyul 2021-ci il tarixindən bu partiyanın sıralarından istefa verib. 16 iyul 2021-ci ildə isə Millət Partiyasının qurucu genel başqanı kimi partiyanın təsias sənədlərini KKTC-də müvafiq qurumlara təqdim edib.
Beləliklə, qurultaydan öncə B.Zaroğlunun “Partiyamızın Genel başqanı bir qadın olacaq. Biz qadın Genel başqanla seçkilərə gedəcəyik” sözləri reallıqda öz təsdiqini tapıb.
[…] KKTC-də ilk qadın partiya sədri […]