Bayraqdar.info – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.
Bu haqda xəbəri Avropa Birliyi rəsmi açıqlama ilə yayıb.
Xəbərdə deyilir ki, telefon söhbəti zamanı son günlər baş verən hadisələr, eyni zamanda Brüsseldə dekabrın 15-də keçiriləcək Şərq Tərəfdaşlığı Zirvəsinə hazırlıq məsələləri müzakirə edilib.
Ş.Mişel İ.Əliyev və N.Paşinyana sözügedən Zirvə toplantısı çərçivəsində ayrıca görüşməyi təklif edib.
Hər iki ölkənin rəhbəri Ş.Mişelin təklifini qəbul edib. Onlar zənginləşən və sabit Güney Qafqaz naminə müzakirə aparmağa razılaşıblar.
Telefon söhbəti zamanı həm Ermənistan, həm də Azərbaycan rəhbəri meydana gələ biləcək hadisələri önləmək üçün Müdafiə nazirlikləri səviyyəsində birbaşa rabitənin təşkilinə razılıq veriblər.