Press "Enter" to skip to content

İçərişəhərə 3D virtual tur

Son yeniləmə: 19 Noyabr 2021 15:23

Bayraqdar.info – “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi “Virtual İçərişəhər” 3D turunun videoçarxını hazırlayıb. Videoçarxda İçərişəhərin gəzməli və görməli yerlərini 3D turunda virtual olaraq səyahət etmək mümkündür.

Xəbər bayraqdar.info-ya Qoruğun Mətbuat Xidmətindən verilib.

“Virtual İçərişəhər”də Qız Qalası, Sıratağı Dini-Memarlıq Komlpeksi, Buxara və Moltanı Karvansaraları, Arxeoloji Park, Arxeologiya və Etnoqrafiya Muzeyi, Qoşa Qala qapıları, Şirvanşahlar Saray Kompleksi, Miniatür Kitab Muzeyi, Numizmatika Ekspozisiyası, Əliağa Vahid Parkı, Ağa Mikayıl Hamamı, Məhəmməd Məscidi, Tahir Salahovun Ev-Muzeyi, Kiçik Karvansara İncəsənət Bağı, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, İkimərtəbəli Karvansara, Filarmoniya Parkı və Sabir Parkı yer alıb.

Bayraqdar.info oxucularını İçərişəhərə 3D virtual səyahətə dəvət edir.

Mission News Theme by Compete Themes.