Son yeniləmə: 19 Noyabr 2021 22:32
Bayraqdar.info – İnsan Haqları Müdafiəçiləri Mərkəzi yaydığı bəyanatda İran hökumətindən insan haqları fəalı Nərgiz Məhəmmədinin dərhal azadlığa buraxılmasını tələb edib.
“Azad İran” Telegram kanalı xəbər verir ki, sözügedən mərkəz fəal xanıma qarşı çıxarılmış hökmün heç bir qanuna əsaslanmadığını bildirib.
Bəyanatda qeyd edilir ki, N.Məhəmmədi Zəncan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin rəyi ilə məhkumluq həyatı yaşadığı zindanın keçmiş rəisindən şikayət edib. Həmin sənəddə fəalın bədənində həbsdə olarkən döyülməsini göstərən izlərin olduğu yazılıb.
Amma İran rejiminin məhkəməsi bu şikayətə baxmaq əvəzinə N.Məhəmmədini həbs və şallaq cəzasına məhkum edib.
Xəbər verdiyimiz kimi, N.Məhəmmədi bir neçə gün öncə benzin etirazlarında durduğu yerdə öldürülən İbrahim Kitabdarın qəbri üstündə əmniyət gücləri tərəfindən tutulub.
Fars-molla rejimindən qadın fəala 30 ay həbs və 80 şallaq cəzası
[…] Güney Azərbaycan: Nərgiz Məhəmmədi azad edilsin […]