Son yeniləmə: 19 Noyabr 2021 17:14
Bayraqdar.info – Dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi həyata keçirilir. Həmçinin, sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Dövlət Sərhəd Xidmətindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir.
“Noyabrın ötən dövrü ərzində DSX-nın mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan – İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşib.
“Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 m məsafədə işlər davam etdirilir”, – deyə xəbərdə bildirilir.