Press "Enter" to skip to content

“Bosniya qəssabı” “şair və psixoloq” kimi təqdim olunur

Son yeniləmə: 19 Noyabr 2021 01:13

Bayraqdar.info – Bosniya və Herseqovinada serblərin sıx məskunlaşdığı Serb Respublikası anklavında bir-brindən əcaib proseslər baş verir. Əsasən sabitliyin pozulmasına hesablanan belə əcaib addımlardan biri də anklavdakı orta məktəblərdə atılıb.

Belə ki, ibtidai məktəblərdə tədris olunan tarix kitablarında soyqırım cinayəti törədən Radovan Karaciçdən şair, psixoloq və siyasətçi kimi bəhs edildiyi üzə çıxıb. Bu barədə Balkan News saytı məlumat yayıb.

Bildirilir ki, ibtidai təhsilin 9-cu sinif tarixi kitabında “Bosniya qəssabı” kimi tanınan müharibə və soyqırım cinayətkarı Radovan Karaciçlə bağlı aşağıdakı ifadələrdən istifadə olunur: “Psixoloq, şair və siyasətçi. Serbiya Demokratik Partiyasının qurucusu və lideri kimi o, Serb Respublikasının yaradılmasında çox mühüm rol oynayıb. Serb Respublikasının ilk prezidenti olub. Serbiya hökuməti onu 2008-ci ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təslim edib”.

Lakin kitabda R.Karaciçin Srebrenitsa soyqırımına, Bosniya və Herseqovina boyu bosniyalılara və xorvatlara qarşı kütləvi qırğınlara və deportasiyalara görə mühakimə olunduğu və ömürlük həbs cəzasına məhkum edildiyi qeyd olunmur.

Beləliklə, bu addım atılması ilə serb anklavının idarəçiləri həm cinayıtkarı az qala qəhrəman kimi təqdim edir. Digər tərəfdəb bununla beynəlxalq qanunlara meydan oxuyurlar.

Belə ki, Bosniya və Herseqovinada sülh razılaşmasının necə icra edildiyini izləmək üçün təyin edilən Ali Nümayəndə Valentin İnzko tərəfindən qəbul edilmiş soyqırımını inkar edən qanun qəbul edilib. Həmin qanuna əsasən, Srebrenitsa soyqırımının inkarı ilə yanaşı, hərbi cinayətkarların təriflənməsi də qadağan edilir.

Mission News Theme by Compete Themes.