Press "Enter" to skip to content

Azərbaycan uşaqlarının V Ümumrespublika Forumu

Azərbaycan uşaqlarının V Ümumrespublika Forumu

Bayraqdar.info – Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

Tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin yay məktəblərinin iştirakçısı olmuş 350 uşaq iştirak edib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan Forumda ölkədə dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan uşaqlarının ümumrespublika forumlarının 2009-ci ildən keçirildiyini xatırladıb.

Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva qeyd edib ki, bu Forum uşaq hüquqlarının, keyfiyyətli və inklüziv təhsilə, sosial və səhiyyə xidmətlərinə diqqəti yönəltmək baxımından olduqca vacibdir.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan tədbir iştirakçılarını Uşaqların V Ümumrespublika Forumu və 20 Noyabr – Ümumdünya Uşaq Günü münasibətilə təbrik edib. Min Yuan bildirib ki, uşaqlara, onların gələcəyinə yatırılan sərmayə, eyni zamanda, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.

Tədbir çərçivəsində iştirakçı uşaqların Türkiyədən olan həmyaşıdları ilə videoformatda görüşü də keçirilib. Görüşdə iki qardaş xalq arasında birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Sonda Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Mission News Theme by Compete Themes.