Son yeniləmə: 19 Noyabr 2021 15:14
Bayraqdar.info – Noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib.
Bu barədə məlumat bayraqdar.info-ya noyabrın 19-da Məhkəmədən bildirilib.
Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılan qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır.
“Azərbaycanda bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq prioritet məsələlərdəndir.
“Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.
“Plenumda məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub”, – deyə məlumatda bildirilir.