Son yeniləmə: 18 Noyabr 2021 18:21
Bayraqdar.info – Tükiyənin milli təhsil naziri Mahmud Özer İstanbula səfəri çərçivəsində yeni qurulacaq Media Peşə və Texniki Anadolu Liseyində görülən işlərlə yerində tanış olub. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni lisey Milli Təhsil Nazirliyi ilə Demirören Medya qrupu arasında imzalanan əməkdaşlıq protokolu əsasında qurulur. Vurğulanır ki, 7 oktyabr 2021-ci il tarixində M.Özer, Demirören Medya Yatırımları Tic. A.Ş. İdarə Heyətinin sədri Yıldırım Demirören və sədr müavini Meltem Demirören Oktayın iştirakı ilə imzalanan əməkdaşlıq protokolu çərçivəsində qurulacaq liseydə türk və dünya mediasının gələcəyinə töhfə verəcək yeni nəsil jurnalistlər yetişdiriləcək.
İşlərin gedişi ilə tanışlıqdan sonra Demirören Holding İdarə Heyətinin sədr müavini Meltem Demirören Oktay ilə görüşən nazir Mahmud Özer, Demirören Medya Mərkəzində tikiləcək məktəbin peşə təhsilinə verəcəyi töhfənin çox əhəmiyyətli olduğunu deyib.
Nazir son illərdə peşə təhsilində həyata keçirilən paradiqma dəyişikliyi çərçivəsində görülən işlərdən də danışıb. O, gələcək tədris ilində ilk tələbələrini qəbul edəcək Demirören Medya Peşə və Texniki Anadolu Liseyinin Türkiyədə peşə təhsili ilə bağlı çox mühüm adddım olduğunu ifadə edib.