Press "Enter" to skip to content

Təhsil Nazirliyi yanında İctimai Şuranın tərkibi

Bayraqdar.info – Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının sonuncu onlayn iclası baş tutub. İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər Seçki Komissiyası tərəfindən qiymətləndirilib. Müəyyən edilmiş qaydalara uyğun təqdim edilmiş və adları siyahıda göstərilən 16 namizədin müraciəti qeydə alınıb.

Xəbər noyabrın 18-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 23 noyabr 2021-ci il saat 14:00-da, Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçiriləcək. Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.

“Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elana əsasən 1-28 oktyabr tarixlərində davam edən sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb.

“Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.