Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz və ya 286,2 milyon manat artım qeydə alınıb.
Bu barədə bayraqdar.info-ya noybarın 18-də DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5 faiz, büdcə təşkilatları üzrə 4,4 faiz artıb.
O da xatırladılır ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz faiz və ya 380 milyon manat artaraq 4 372 milyon manat olub. Bəhs edilən dövrdə xərclər isə 3,7 faiz və ya 146 milyon manat artaraq 4 054 milyon manat təşkil edib.
Fondun xərclərinin 97 faizi əhaliyə ödənişlərdən ibarət olub.