Press "Enter" to skip to content

“Sonuncu” filmi Polşada

"Sonun"cu filmi Polşada

Bayraqdar.info – “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışır. Festival 13-20 noyabr tarixlərində Polşanın Torun şəhərində keçirilir. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunub.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

“Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda, Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına, Polşada keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına layiq görülüb.

“Qeyd edək ki, “EnergaCAMERIMAGE” qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “Academy award” (Oskar) kvalifikasiyası ilə qeydə alınıb.

“Filmin yaradıcı heyətinin bir hissəsi – hazırda festivalda iştirak edirlər. Festival çərçivəsində kino avadanlıqları sərgisi də keçirilib. “ARRI”, “Leica – Leitz”, “ZEISS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk – Anamorphic Lenses” və digər nəhəng film texnikası istehsalçılarının ən son yenilikləri olan kamera, işıq, lens məhsulları sərgidə təqdim olunub. Bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq məqsədilə məhsuldar danışıqlar aparılıb.

Mission News Theme by Compete Themes.