Bayraqdar.info – “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.
Bu barədə bayraqdar.info-ya noybarın 18-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, Fondun nümayəndələri bu dəfə də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xaləddin Cəlilovun ailəsinə baş çəkiblər.
Ağstafa rayonunun Yenigün kəndində yaşayan şəhidin valideynləri onun uşaqlıq illəri və həyatı ilə bağlı xatirələrini bölüşüblər. Görüşdə həmçinin şəhid ailələri və qazilərə cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti, o cümlədən “YAŞAT” Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə razılıq ifadə edilib.