Press "Enter" to skip to content

Peru radiosunda Azərbaycandan bəhs edilib

Son yeniləmə: 18 Noyabr 2021 08:36

Bayraqdar.info – Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında Azərbaycanın Vətən müharibəsində qələbəsinin birinci ildönümünə həsr olunmuş musiqili proqram yayımlanıb.

Bu barədə bayraqdar.info-ya noyabrın 18-də verilən məlumata görə, “verilişdə Perudakı səfirliyimizin əməkdaşı M.Məmmədov dinləyicilərə erməni təcavüzünün tarixi, Azərbaycanın ötən il 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq Vətən müharibəsində tarixi qələbə qazanması və öz ərazi bütövlüyünü, habelə beynəlxalq hüquq və ədaləti bərpa etməsi barədə məlumat verib. O, Zəfər Gününün xalqımız üçün tarixi-mənəvi önəmindən də danışıb”.

Sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, işğaldan azad edilmiş ərazilərdə müşahidə olunan kütləvi minalama və dağıntılar və bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edilib.

Proqram ərzində, habelə gün boyu kanalın efirində klassik və müasir Azərbaycan musiqi nömrələri, muğam parçaları, eləcə də Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş kompozisiyalar səsləndirilib.

Mission News Theme by Compete Themes.